Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir ağstafalı Vətən müharibəsi şəhidimiz Rəhman İsmayılovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub

01 sentyabr 2021 | 11:00

Ağstafanın Muğanlı kəndindən olan daha bir  Vətən müharibəsi şəhidimiz İsmayılov Rəhman Mehti oğlunun da şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə şəhidimizin doğma evində ailəsini ziyarət edib. Qeyd olunub ki, ərazi bütövlüyümüz uğrunda gedən şiddətli döyüşlər zamanı Rəhmanın vətənə, torpağa olan sevgisi onun 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmasına  sövq edib. O, 19 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 
R.İsmayılov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Keçidlər