Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib

30 iyul 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlətimizin başçısı səfər çərçivəsində  “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində,  Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında və koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib.

Keçidlər