Home Contact Phone
background

Xəbərlər

  • Dilbaz Atçılıq Təsərrüfatında tikinti-quruc...

    Dilbaz Atçılıq Təsərrüfatında tikinti-quruculuq işləri sürətlə davam etdirilir

    2019-09-18

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev növbəti dəfə Böyük Kəsik kəndində yerləşən Dilbaz Atçılıq Təsərrüfatında aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub. Burada inşaat işlərinin sürətlə davam etdirildiyi at tövləsi, atları müayinə və müalicə etmək üçün stasionar baytarlıq otağı, yarışlara hazırlamaq üçün cıdır meydanı, yemlərin saxlanması üçün talvar, anbar, ofis və digər binalara baxış keçirərək tikinti işlərinə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

  • Ağstafada Hüseyn Arifin-95 illik yubleyinə həs...

    Ağstafada Hüseyn Arifin-95 illik yubleyinə həsr olunmuş “Şair ömrü ömürlərə bağlıdır” adlı ədəbi-bədii gecə keçirildi

    2019-09-18

    18 sentyabr 2019-cu il tarixdə Ağstafa şəhər Yazıçılar evində xalq şairi Hüseyn Arifin-95 illik yubleyinə həsr olunmuş “Şair ömrü ömürlərə bağlıdır” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdən öncə Yazıçılar evinin qarşısında Hüseyn Arif adına ev müzeyinin təşkil etdiyi sərgiyə baxış keçirildi.

  • Ağstafa rayonu Böyük-Kəsik  kəndində yeni m...

    Ağstafa rayonu Böyük-Kəsik kəndində yeni məktəb binası istifadəyə verilmişdir

    2019-09-16

    Ağstafa rayonu Böyük Kəsik kəndində yeni məktəb binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, məktəbin pedaqoji kollektivi, şagirdlər, valideyinlər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

  • Ağstafada şəhidin xatirəsi ehtiramla anılıb

    Ağstafada şəhidin xatirəsi ehtiramla anılıb

    2019-09-16

    Ağstafa rayonunun Saloğlu qəsəbəsində şəhid Namazov Asim Əhməd oğlunun adını daşıyan məktəbin həyətində şəhidin büstünün açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev prezident İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb.

  • Eynallı kəndində növbəti səyyar görüş

    Eynallı kəndində növbəti səyyar görüş

    2019-09-12

    Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev sakinlərlə səyyar qəbul-görüşlərini davam etdirir. Müvafiq qrafikə uyğun olaraq növbəti görüş Eynallı kəndində keçirilib. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

  • Ağstafa şəhəri H.Arif küçəsində aparılan ...

    Ağstafa şəhəri H.Arif küçəsində aparılan abadlıq, təmir-tikinti işləri sürətlə davam etdirilir

    2019-09-11

    Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri çərçivəsində H.Arif küçəsində təmir-tikinti işləri sürətlə davam etdirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayonun bir sıra məsul şəsxləri ilə birlikdə küçədə aparılan işlərə növbəti dəfə baxış keçirdi və müvafiq tapşırıqlarını verdi.

  • Ağstafada üzümçülüyün əvvəlki şöhrəti ...

    Ağstafada üzümçülüyün əvvəlki şöhrəti qaytarılır

    2019-09-10

    Respublikamız üçün ənənəvi sayılan sahələrdən biri də üzümçülük olmuşdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bir sıra sahələrlə yanaşı üzümçülüyün inkişafı da iflic vəziyyətinə düşdü. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkə iqdisadiyyatında o cümlədən üzümçülükdə dirçəliş başladı.

  • Ağstafa Rayon İcra Hakimiyyətində təcrübə k...

    Ağstafa Rayon İcra Hakimiyyətində təcrübə keçən “Könüllü”lərə sertifikat verildi

    2019-09-09

    Ağstafa rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Bu məqsədilə Ağstafa rayon İcra Hakimiyyəti, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.

  • Ağstafada ümumrayon iməcliyi keçirildi

    Ağstafada ümumrayon iməcliyi keçirildi

    2019-09-07

    Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyevin müvafiq tapşırığına əsasən Ağstafa rayonunda növbəti dəfə genişmiqyaslı ümumrayon iməcliyi keçirildi. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi. Ağstafa şəhərinin prospekt və küçələrində səliqə-səhman işləri aparıldı. Bakı-Qazax avtomobil yolunun kənarları alaq otlarından təmizləndi, dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı.

  • Köçəsgər kəndində növbəti görüş

    Köçəsgər kəndində növbəti görüş

    2019-09-05

    Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Köçəsgər kənd sakinləri ilə görüşdü. Kənd 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə başçısının müavinləri və aparatının şöbə müdirləri rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.

  • Bu il Ağstafada ali məktəblərə yüksək balla...

    Bu il Ağstafada ali məktəblərə yüksək balla daxil olan məzunlarla görüş keçirilib

    2019-09-05

    Bu gün Ağstafa Rayon icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev cari tədris ilində ali mətkəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirib. Ağstafa şəhəri “Yazıçılar Evi”ndə keçirilən tədbirdə rayonun rəhbər şəxsləri, təhsil işçiləri, məzunlar, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Ağstafa RİH başçısı cənab Nizaməddin Quliy...

    Ağstafa RİH başçısı cənab Nizaməddin Quliyev xalq şairi Hüseyn Arifin ev muzeyində oldu

    2019-09-03

    Ağstafa rayon İcra hakimiyyəti başçısı cənab Nizaməddin Quliyev xalq şairi Hüseyn Arifin ev muzeyində oldu. Muzey haqda icra başçısına məlumat verildi. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var.

  • Ağstafada ümumrayon iməcliyi keçirildi

    Ağstafada ümumrayon iməcliyi keçirildi

    2019-08-31

    Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyevin müvafiq tapşırığına əsasən Ağstafa rayonunda növbəti dəfə genişmiqyaslı ümumrayon iməcliyi keçirildi. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi. Ağstafa şəhərinin prospekt və küçələrində səliqə-səhman işləri aparıldı.

  • Rayonumuzun son aylarda nailiyyətləri

    Rayonumuzun son aylarda nailiyyətləri

    2019-08-30

    Ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən ölkədə qeyri neft sektorunun inkişaf etdirilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi paytaxt Bakı ilə yanaşı bölgələrdə də uğurla icra edilir. Respublikanın qərb bölgəsində yerləşən Ağstafa rayonunda hazırda kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı geniş vüsət almışdır. Son bir neçə ayda rayon sanki tikinti meydanına çevrilmişdir. Belə ki, H.Əliyev mərkəzinin, H.Əliyev parkının və Ağstafa rayon İH-nin qarşısında stellalar tikilmiş,

  • “Öz biznesinə Başla” mövzusunda təlim ke...

    “Öz biznesinə Başla” mövzusunda təlim keçirilmişdir

    2019-08-29

    Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq “Kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması” bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)

  • Xılxına kəndində səyyar görüş keçirildi

    Xılxına kəndində səyyar görüş keçirildi

    2019-08-29

    Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərin səyyar qəbul-görüşləri davam etdirilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Xılxına kəndində növbəti səyyar qəbulunu keçirdi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər.

  • Ağstafa RİH başçısı cənab Nizaməddin Quliy...

    Ağstafa RİH başçısı cənab Nizaməddin Quliyev kənd qəbiristanlıqlarındakı mövcud vəziyyətlə tanış oldu

    2019-08-28

    Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunun da iqtisadiyyatı dinamik inkişaf edib. Ağstafa şəhərində və rayonun kəndlərində genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri həyata keçirilib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb. Dövlətimizin qayğısı və ağstafalıların fədakarlığı sayəsində ağstafa şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib.

  • Ağstafadakı “Dilbaz Atçılıq Təsərrüfatı...

    Ağstafadakı “Dilbaz Atçılıq Təsərrüfatı” əvvəlki şöhrətini qaytarır

    2019-08-27

    Ölkəmizdə atçılığın tarixi olduqca qədimdir. Dünyada yetişdirilən 260 at cinsindən ikisi - Qarabağ və Dilbaz atları Azərbaycana məxsusdur. Məşhur Qarabağ atından sonra dünya şöhrəti qazanmış Dilbaz atı XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşması əsasında və Qarabağ cinsinin təsiri altında yaranmışdır.

  • Ağstafa inkişaf yolunda

    Ağstafa inkişaf yolunda

    2019-08-26

    Ağstafa rayonu İcra hakimiyyətinin inzibati binasının akt zalında Şuranın növbəti iclası keçirildi. İcra başçısının sədrliyi ilə keçən iclasda rayon İcra hakimiyyəti başçısı aparatının işçiləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev gündəlikdə duran məsələləri və məruzəçiləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. İcra başçısı bildirdi ki, 2019-ci ildə cənab Prezident İlham Əliyev iqtisadi inkişafın imkanlarının ilk növbədə sosial sahəyə yönəldilməsini təmin etdi.

  • Ağstafada ənənəyə uyğun olaraq növbəti üm...

    Ağstafada ənənəyə uyğun olaraq növbəti ümumrayon iməcliyi keçirildi

    2019-08-24

    Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyevin müvafiq tapşırığına əsasən Ağstafa rayonunda növbəti dəfə genişmiqyaslı ümumrayon iməcliyi keçirildi. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi. Ağstafa şəhərinin prospekt və küçələrində səliqə-səhman işləri aparıldı. Bakı-Qazax avtomobil yolunun kənarları alaq otlarından təmizləndi, dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Qəsəbə və kəndlərdə aparılan iməcliklərdə kəndarası yollar məişət tullantılarından təmizləndi.

  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar na...

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Ağstafada vətəndaşları qəbul edib

    2019-08-23

    Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin avqust ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Ağstafada vətəndaşlarla görüşüb.Qəbulunda Ağstafa sakinlərinin müraciətlərinə baxılıb.

  • Nəqliyyat, rabitə və yüksək texnologiyalar na...

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vətəndaşları qəbul edəcəkdir

    2019-08-22

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Ağstafa rayon sakinlərini qəbul edəcəkdir. 23 avqust 2019-cu il tarixdə, saat 12:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinləri ilə görüşəcək.

  • Düzqışlaq  kəndində səyyar görüş keçiril...

    Düzqışlaq kəndində səyyar görüş keçirildi

    2019-08-22

    Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərin səyyar qəbul-görüşləri davam etdirilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Düzqışlaq kəndində növbəti səyyar qəbulunu keçirdi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizdə mövcud sabitlik, əminamanlıq, sürətli sosial-iqtisadi inkişafdan geniş söz açdı.

  • Uşaq Xəstəlikləri şöbəsində baxış keçir...

    Uşaq Xəstəlikləri şöbəsində baxış keçirildi

    2019-08-21

    Azərbaycan Respublikasının Prezidentinin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ağstafada əhalinin ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması diqqət mərkəzində saxlanılır.

  • Dövlət Komitəsinin sədr müavini Ağstafada v...

    Dövlət Komitəsinin sədr müavini Ağstafada vətəndaşları qəbul edib

    2019-08-21

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ağstafa və Qazax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

əvvəlki [2] növbəti