Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin tapşırığına əsasən 65 yaşdan yuxarı tənha yaşayan ağstafalılar sosial xidmətə götürülüb

27 mart 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilməsi ilə əlaqədar olaraq bildiririk ki, Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tədbirlərin rayon ərazidə həyata keçirilməsi ciddi nəzarətə götürülmüş, sanitar-dezinfeksiya işlərinin aparılması təmin olunmuş, əhalinin maarifləndirilməsi işləri davam etdirilir.
DSMF-nin Ağstafa Rayon Şöbəsinin əməkdaşları tərəfindən 26.03.2020-ci il tarixə yeddi nəfər, 27.03.2020-ci il tarixdə altı nəfər  65 yaşdan yuxarı tənha yaşayan rayon sakinləri sosial xidmətə götürülmüş, sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi köməklik göstərilmişdir.
Həmçinin əvvəldən uçotda olan 44 tənhaya gün ərzində xidmət göstərilmişdir.

 

Keçidlər