Şriftin ölçüsü :

Saytın rəngi :

Abatv.az Yotube kanalında Ağstafa Musiqi Mərkəzindən yayılmış video görüntü haqda rəsmi cavab...

26 mart 2020 | 11:00

Ağstafa şəhərində Uşaq Musiqi məktəbinin tikintisinə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2014-cü il tarixli 596 saylı sərəncamına əsasən başlanılmışdır. 
Musiqi məktəbinin  mərtəbəliliyi iki və (videogörüntüdə qeyd olunan) “texniki mərtəbə” dən ibarətdir. Obyektin tikintisi üçün tərtib olunmuş layihə-smeta sənədlərində nəzərdə tutulmuş işlər podratçı təşkilat tərəfindən  texniki nəzarət qaydasında və FHN-nin müfəttişliyinin əməkdaşlarının nəzarəti ilə aparılmışdır.
Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən 07  Dekabr 2016- cı il tarixli D/000953 nömrəli İstismara hazırlıq aktı tərtib edilmiş və Müfəttişlik tərəfindən layihə-smeta sənədlərində nəzərdə tutulmuş işlərin Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir  və obyekt 27.03.2017 – ci il tarixli 41 nömrəli sərəncamla istismara verilmişdir.
Aparılmış tikinti quraşdırma işlərinin icra vəziyyəti  2019- cu ildə Azərbaycan Respublikası Hesablama Palatasını audit  qurupu  tərəfindən araşdırılmışdır.

Keçidlər