Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz ağstafalılar, İlaxır çərşənbəniz mübarək!

17 mart 2020 | 11:00

Bir neçə gündən sonra yurdumuza xoş ətirli bahar gələcəkdir. Hələ çox qədim dövürlərdən bəri mənəvi həyatımızda ən dərin qatlarına nüfuz etmiş “Novruz” bayramı ata-babalarmızın bizlərə bəxş etdiyi misilsiz töhvədir. Novruz tədbirlərində xalqımız bir anlığına öz keçmişinə ziyarət edir, gələcək xoş günlərini xatırlayır. Tarix göstərmişdir ki, yaz bayramı, bahar bayramı sözün əsil mənasında ümumxalq bayramıdır.
Baharın yurdumuza hər gəlişi vətənini sevən, xalqına, millətinə böyük məhəbbəti olan azərbaycan vətəndaşlarına sevinc, xoşbəxtlik bəxş edir. Bahar bayramında sanki insanların qəlbində olan bütün kin, küdurət unudulur, küsənlər barışır, ailələrdə toy-bayram əhval-ruhiyyəsi yaşanır.
Həmişə olduğu kimi, bu bahar günlərində də ağstafalılar adət və ənənələrmizə sadiq qalaraq 2020- ci ilin baharına xoş əhval-ruhiyyə ilə qədəm qoyurlar. Ötən çərşənbələrdə küçə və məhəllələrdə qalanan tonqallar, evlərdə bəzədilən xonçalar, idarə, müəssisə və təşkilatlarda keçirilən bayram şənlikləri bunu bir daha aydın göstərdi. Əminliklə demək olar ki, elimizin, obamızın ən əziz bayramı olan Bahar bayramı günündə hamı öz arzusuna çatır, sanki yeni xoş, firavan həyata qədəm qoyur. Bu əziz günlərdə bütün həmvətənlərimizə xoşbəxtlik, can sağlığı, səadət arzulayırıq. Qoy bu bayram hər evə, hər ailəyə bol sevinc, ruzi, bərəkət gətirsin.
Əziz ağstafalılar, Bir daha sizləri ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik, can sağlığı arzulayırıq!
“İlaxır çərşənbəniz ” mübarək olsun!

Keçidlər