Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə Səyyar “ASAN xidmət" avtobusu 04-18 mart 2020-ci il tarixlərində Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir

06 mart 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri   4 mart 2020-ci il tarixdən 18 mart 2020-ci il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Ağstafa şəhəri, Hüseyn Arif küçəsində (Mərkəzi stadionun qarşısında) əhaliyə səyyar xidmətlər göstərəcəkdir.

Əlavə məlumat üçün “108” və “9108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

18 mart 2020-ci il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

15 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, tərcümə xidməti və tibb xidməti (qan qrupu, boy və göz rənginin təyin edilməsi) daxildir.

Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil olunur.

 

Keçidlər