Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 5 Mart –Bədən tərbiyəsi və idman günü qeyd olundu

06 mart 2020 | 11:00

Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Ağstafa rayon Gənclər və idman idarəsi 5 Mart 2020-ci il tarixində 5 Mart Bədən tərbiyyəsi və idman günü münasibətiylə rayonun idman ictimayətinin nümayəndələri ilə görüş keçirdi.Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev, Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov, Əfqanıstan müharibəsi veteranları ictimayi birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev çıxış edərək qeyd etdilər ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşməsi, İdman Fondunu təsis etməsi ilə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoydu.Tədbirdə qeyd olundu ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.Tədbirdə rayonun bir qrup idman mütəxəsisləri və nailiyyətli idmançılar müvaffiq fəxri fərmanlarla təltif olunublar. Onlar, idmançılara göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. 

Keçidlər