Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət” əhaliyə səyyar xidmət göstərməkdədir

09 dekabr 2019 | 11:00

Bu gün ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön planda tutulur. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun bariz nümunəsidir. Qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanan "ASAN xidmət” bu gün ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Ağstafa rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanır.
Məlumat verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri  09 dekabr 2019-cu il tarixdən  xüsusi avtobusla  Ağstafa şəhəri, Hüseyn Arif küçəsində (Mərkəzi stadionun qarşısında) əhaliyə səyyar xidmət göstərməkdədir.

Keçidlər