Şriftin ölçüsü :

Saytın rəngi :

“BİZ HEYDƏR NƏVƏSİYİK” müsabiqəsində Göycəli kənd körpələr evi-uşaq bağçası qalib oldu

09 dekabr 2019 | 11:00

Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələri arasında “Biz Heydər nəvəsiyik” müsabiqəsi  Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 05 noyarbr 2019-cu il tarixli 145 saylı sərəncamı ilə təsdiq edilmişdir. 
Ağstafa Rayon İcra Hakimiyyətinin  təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. 
Bu gün Xətai və Həzi Aslanov qəsəbələri, Göycəli kənd, Poylu kənd 2 saylı körpələr evi uşaq bağçalarının müsabiqəsi keçirilmişdir. Müsabiqənin nəticəsinə görə Göycəli kənd körpələr evi-uşaq bağçası finala vəsiqə almışdır. Tədbirdə uşaq baxçasının kollektivi, uşaqlar, onların valideynləri və yaxınları iştirak edib. Uşaqlar müsabiqəyə tərbiyəçilərinin köməyi ilə xüsusi hazırlaşıblar. Tədbirdə çıxış edən fidanlar bildiriblər ki, gələcəkdə dövlətimizin, xalqımızın başını uca edəcək, yaxşı oxuyacaq, vətənə layiqli övlad olacaqlar.
2020-ci ilin yanvar ayının 31-dək davam edəcək  “Biz Heydər nəvəsiyik ” müsabiqəsi uşaqlara olan diqqət və qayğının bariz nümunəsidir.

Keçidlər