Şriftin ölçüsü :

Saytın rəngi :

“Keşikcidağ” Dövlət Mədəniyyət qoruğuna yürüş təşkil olundu

20 sentyabr 2019 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə  “Avropa İrs Günləri” çərçivəsində “Keçikcidağ” Dövlət Mədəniyyət qoruğuna və İlham Əliyev zirvəsinə yürüş təşkil olunmuşdur. Tədbir iştirakçılarına qoruğun müdiri Musa Mürsəliyev Qoruq haqda ətraflı məlumatlar verərək Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgahdan  geniş söz açdı.
Sonra RİH başçısının müavini Lalə Eyyubova  çıxış edərək Qoruğun xalqımızın və yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərinindən əks etdirdiyini bildirdi. Daha sonra tədbir iştirakçıları qoruğun əməkdaşlarının təçkil etdiyi sərgi ilə tanış oldular. Sonda tədbir müsiqili proqramlarla başa çatdı.

 

Keçidlər