Ağstafa rayonunda ümumrayon iməcliyi keçirilmişdir. Həmişə olduğu kimi bu həftədə davam edən iməclik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə təşkil olunmuşdur. Bakı-Qazax avtomobil yolunun kənarlarında əkilmiş ağaclar, yaşıllıqlar suvarılmış, səki yandaşlarının dibləri təmizlənmişdir. Həmçinin parklar, xiyabanlar eləcə də kəndlərarası yolların kənarları və suvarma arxları da məişət tullantılarından təmizlənmişdir.