Şriftin ölçüsü :

Saytın rəngi :

“İşıqlı gələcək naminə-Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirmişdir

02 avqust 2019 | 11:00

02 avqust tarixində Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, “İşıqlı gələcək naminə-Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirmişdir.Tədbirdə DTX-nın Ağstafa rayon şöbəsinin əməkdaşı, Polis Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şahhüseyn Qurbanov açaraq narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verərək, gənclərin bu bəladan uzaq durmasının vacibliyini qeyd etdi. Dövlətimiz tərəfindən yüksək maddi texniki bazaya malik məktəblərin, idman zallarının, əyləncə və istirahət parklarının yaradıldığını qeyd etdi. Bu gün Azərbaycanın gələcəyi olan gənclərimizin sağlam həyat tərzi keçirmələri üçün hər cür şərait yaradıldığını bildirdi. Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz  bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev məruzə ilə çıxış edərək gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğuladı. O bildirdi ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır.  Bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər