Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında keçirilən intelektual oyununda II yeri tutublar

01 aprel 2019 | 11:00

Martın 23-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağstafa rayonundan 40 nəfər IX-XI sinif şagirdi, 5 bələdçi müşayiəti ilə Qəbələ şəhərinə yola düşüblər.

Məktəblilər dörd gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olublar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradılıb. Qəbələ Konqres mərkəzində tur aksiyada iştirak edən 9 rayon məktəbliləri arasında Nə? Harada? Nə zaman? intelektual oyunu keçirilib. Ağstafa məktəbliləri 51 komanda arasında fəxri II yeri qazanıblar.

 

Keçidlər