Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi gənclərlə görüş keçirib

29 mart 2019 | 11:00

"Gələcəyə körpü" Gənclər  İctimai Birliyi Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım və gənclərin məşğulluğu sahəsində bir sıra layihə və proqramlar həyata keçirmişdir.
Seminarda Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev, Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov, və fəal gənclər iştirak ediblər.
Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev çıxış edərək  Mərkəzin işinə uğurlar arzulayıb və Ağstafa gənclərini Proqramın imkanlarından daha çox yararlanmağı tövsiyyə etdi
Layihənin məqsədi ölkənin qərb rayonunda yerləşən 9 rayonda yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsi ilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmətdhaqqında onları maarifləndirməkdir.
Sonda gənclər Məlumat Mərkəzindən olan gözləntilərini, ehtiyaclarını və verə biləcək töhfələri müəyyənləşdirmək məqsədilə müzakirələr aparıblar.

Keçidlər