Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizin nailiyyətləri” mövzusunda növbəti tədbir Eynallı kəndində keçirildi

09 dekabr 2017 | 11:00

Tərtib olunmuş müvafiq qrafikə uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində “Ölkəmizin nailiyyətləri” mövzusunda növbəti tədbir Eynallı kəndində keçirildi. Eynallı kənd tam orta məktəbinin akt zalında keçən tədbirdə Rayon İcra hakimiyyətinin məsul şəxsləri Ramiz İmanov, Müşfiq Hüseynov, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdə respublikanın sürətli sosial-iqtisadi inkişafından, ölkəmizdə hökm sürən siyasi stabillikdən, Azərbaycanın beynəlxalq arenadakı yüksək imicindən və əldə olunan nailiyyətlərimizdən geniş bəhs olundu. Xüsusi ilə qeyd olunmuşdur ki, son illər  ölkəmizdə müşahidə edilən iqtisadi inkişaf nəticəsində işsizliyin səviyyəsi xeyli azalmış, əhalinin maddi rifah halı yaxşılaşmışdır. Tədbir iştirakçılarına həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafada görülmüş işlər və qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verilmişdir. Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri Vidadi Hüseynov, Sevinc Ələsgərova, Abbas Əsgərov, Səhərnaz Əliyeva və Mövsüm Paşayev çıxış edərək ölkəmizin həm daxili və həm də xarici siyasətində əldə olunan böyük nailiyyətlərə görə qürur duyduqlarını bildirdilər. Sakinlər kənddə təhlükə yaradan 4 ədəd iri qovaq ağacının kəsilməsinə, 2,1 km təsərrüfat daxili suvarma arxlarının təmizlənməsinə, yeni məhəllədə bir ədəd subartezian quyusunun təmir olunmasına, kənd əhalisinin içməli su ilə təmin edən kəhriz quyularında təmir işlərinin aparılmasına, ərazidə 6 ədəd yararsız elektrik dayağın yenilənməsinə və bir kilometrədək kəndarası yolların təmir olunmasına görə dərin minnətdarlıqlarını ifadə etdilər. Kənd sakinlər rayonun bütün yaşayış məntəqələrində görülən bu cür işlərin məhz əhalinin sosial rifah halının yüksəlməsinə xidmət etdiyini vurğuladılar. 

Keçidlər