Home Contact Phone
background

Xəbərlər

  • Ağstafada  Milli Mətbuat Günü qeyd edildi

    Ağstafada Milli Mətbuat Günü qeyd edildi

    2019-07-22

    Bu gün Ağstafa Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü qeyd edildi. Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Ağstafa qəzetinin baş redaktorunu və idarə heyyətini qəbul edərək qeyd etdi ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər

  • Biçini uğurla başa çatdırdılar

    Biçini uğurla başa çatdırdılar

    2019-07-20

    Hər il olduğu kimi bu il də Ağstafa taxılçıları bol məhsul yetişdirərək biçini optimal müddətdə başa çatdırdılar. Orta hesabla hər hektardan 36,4 sentner buğda, 28,1 sentner arpa götürən taxılçılar keçənilki göstəricini xeyli yaxşılaşdırdılar. Əkinçilər hazırda gələn ilin məhsulu üçün zəmin yaradırlar.

  • Ağstafa rayonunun  təmizliyi diqqət mərkəzind...

    Ağstafa rayonunun təmizliyi diqqət mərkəzindədir

    2019-07-20

    Ağstafa rayonunda ümumrayon iməcliyi keçirilmişdir. Həmişə olduğu kimi bu həftədə davam edən iməclik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə təşkil olunmuşdur. Bakı-Qazax avtomobil yolunun kənarlarında əkilmiş ağaclar, yaşıllıqlar suvarılmış, səki yandaşlarının dibləri təmizlənmişdir

  • Ağstafada ümumrayon iməcliyi keçirildi

    Ağstafada ümumrayon iməcliyi keçirildi

    2019-07-06

    Hər həftənin şənbə günləri olduğu kimi bu şənbə də Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən iməclikdə avtomobil yollarının kənarları boyunca əkilmiş gül-çiçək kollarına xüsusi qulluq göstərildi, yaşıllıq sahələri suvarıldı. Bakı-Qazax avtomobil yolunun və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissəsində və avtomobil yolunun Ağstafa şəhər Heydər Əliyev prospekti ilə kəsişdiyi yerdə avtomobillərin hərəkətini tənzimləyən dairənin ətrafı boyunca təmizlik işləri aparıldı.

  • Ağstafada  növbəti dəfə gənclərin təntən...

    Ağstafada növbəti dəfə gənclərin təntənəli hərbi xidmətə yola salınması mərasimi keçirildi

    2019-07-03

    “Azərbaycan Respublikası vətəndaşlarının 2019-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirildi. Tədbir Heydər Əliyev Parkında təşkil olunmuşdur.

  • Ağstafa rayonunda Polis  Gününə həsr olunmuş...

    Ağstafa rayonunda Polis Gününə həsr olunmuş tədbir keçirildi

    2019-07-02

    Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri qoymuşlar. Daha sonar tədbir rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.

  • Könüllülük fəaliyyətinə başlayan gənclər...

    Könüllülük fəaliyyətinə başlayan gənclərlə görüş keçirildi

    2019-06-29

    Ağstafa rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Bu məqsədlə bir neçə gənc bu fəaliyyətə qoşulmaq istəyini bildirib. Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev könüllülük fəaliyyətinə başlayacaq gənclərlə görüş keçirdib.

  • Ağstafada ümumrayon iməcliyi keçirildi

    Ağstafada ümumrayon iməcliyi keçirildi

    2019-06-29

    Hər həftənin şənbə günləri olduğu kimi bu şənbə də Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən iməclikdə avtomobil yollarının kənarları boyunca əkilmiş gül-çiçək kollarına xüsusi qulluq göstərildi, yaşıllıq sahələri suvarıldı.

  • Təhsil işçiləri ilə görüş keçirildi

    Təhsil işçiləri ilə görüş keçirildi

    2019-06-29

    Bu gün Ağstafa Rayon İcra hakimiyyətində rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev rayonun təhsil işçiləri və ümumtəhsil məktəbi direktorları ilə görüşü keçirilmişdir. Yığıncağı İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ölkənin, o cümlədən regionların sosial–iqtisadi inkişafı ilə bağlı apardığı işlərdən, təhsil sisteminin inkişaf etmiş dünya ölkələri təhsil sisteminə inteqrasiya edilməsi, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışdı.

  • Ağstafada “Gender əsaslı bələdiyyələrin t...

    Ağstafada “Gender əsaslı bələdiyyələrin təşviqi” ilə bağlı tədbir keçirilib

    2019-06-28

    Ağstafa rayonunda aprelin 27-də Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində “Dayanıqlı İnkişaf məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin açılış konfransı keçirilib.

  • Vurğun qəsəbə sakinləri ilə səyyar görüş...

    Vurğun qəsəbə sakinləri ilə səyyar görüş keçirildi

    2019-06-27

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Bu gün rayon rəhbəri növbəti səyyar görüşü Səməd Vurğun qəsəbəsində keçirib.

  • Ağstafada Silahlı Qüvvələr Günü qeyd olunub

    Ağstafada Silahlı Qüvvələr Günü qeyd olunub

    2019-06-26

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümü münasibətilə Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

  • Dövlət qulluqçularının peşə bayramı günü...

    Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

    2019-06-24

    22 iyun tarixində Ağstafa Rayon Heydər Əliyev Parkında 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev, Aparatın dövlət qulluqçuları, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrı düzərək xatirəsini yad etmişlər. Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı.

  • Ağstafa Rayon İcra Hakimiyyətində təcrübə k...

    Ağstafa Rayon İcra Hakimiyyətində təcrübə keçən “Könüllü”lərə sertifikat verildi

    2019-06-24

    Ağstafa rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.

  • Ağstafada ümumrayon iməcliyi keçirildi

    Ağstafada ümumrayon iməcliyi keçirildi

    2019-06-22

    Hər həftənin şənbə günləri olduğu kimi bu şənbə də Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən iməclikdə avtomobil yollarının kənarları boyunca əkilmiş gül-çiçək kollarına xüsusi qulluq göstərildi, yaşıllıq sahələri suvarıldı.

  • Ağstafada yaş barama tədarükü davam edir

    Ağstafada yaş barama tədarükü davam edir

    2019-06-21

    Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

  • M.Ə.Rəsulzadə küçəsi 92 saylı çoxmənzilli...

    M.Ə.Rəsulzadə küçəsi 92 saylı çoxmənzilli yaşayış binasının sakinləri ilə görüş keçirildi

    2019-06-20

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Bu gün rayon rəhbəri növbəti səyyar görüşü Ağstafa şəhərində M.Ə.Rəsulzadə küçəsi 92 saylı çoxmənzilli yaşayış binasının sakinləri ilə olub.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əhalinin müdafiəsini gücləndirmək məqsədi ilə növbəti sosial paketi təsdiq edib

    2019-06-19

    Ölkə başçısının imzaladığı paket bu istiqamətdə həyatda keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb.

  • Ağstafada hər şənbə günləri ümumrayon imə...

    Ağstafada hər şənbə günləri ümumrayon iməcliyi keçirilir

    2019-06-15

    Hər həftənin şənbə günləri olduğu kimi bu şənbə də Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi. Bu gün Rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev məsul şəxslərlə birlikdə C.Cabbarlı, S.Vurğun küçələrində olmuş, Qazax-Ağstafa avtomobil yolunda görülən işlərin təşkili və gedişatına baxış keçirmişdir.

  • “Tibb işçilərinin peşə bayramı” münasib...

    “Tibb işçilərinin peşə bayramı” münasibətilə tədbir keçirildi

    2019-06-15

    Bu gün “Tibb işçilərinin peşə bayramı” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidəsi önünə gül-çiçək dəstəsi qoydular.

  • Ağstafada 15 İyun Milli qurtuluş gününə həs...

    Ağstafada 15 İyun Milli qurtuluş gününə həsr olunmuş Karate-do üzrə rayon birinciliyi keçirildi

    2019-06-14

    Ağstafa rayon Gənclər və idman İdarəsinin təşkilatçılığı ilə Asif Abdullayev adına Şəhər 2 saylı tam orta məktəbin idman zalında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş karate-do üztə rayon birinciliyi keçirilmişdir.

  • Ağstafa rayon ümumtəhsil məktəblərində “S...

    Ağstafa rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

    2019-06-14

    İyunun 14-də Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Ağstafa rayonunun ümumtəhsil müəssisələrində də “Son Zəng” tədbirləri keçirilib. 2018-2019-ci tədris ilində Ağstafa rayonundakı ümumi təhsil məktəblərini IX sinif üzrə 933, XI sinif üzrə 642 şagird bitirib.

  • Ağstafada 15 iyun - Milli Qurtuluş Günü qeyd e...

    Ağstafada 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi

    2019-06-14

    Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan 15 iyun - Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.

  • Poylu qəsəbəsində  sakinlərin növbəti səyy...

    Poylu qəsəbəsində sakinlərin növbəti səyyar qəbulu

    2019-06-13

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Poylu qəsəbəsində sakinlərlə görüşdü. Tədbir rayonun bir sıra məsul rəhbər işçiləri və kənd sakinlərinin iştirakı ilə keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib bildirdi ki, bu gün hər bir bölgədə olduğu kimi, rayonumuzda da tikinti-abadlıq işləri geniş vüsət almışdır, durmadan yeni yollar çəkilir, təhsil və səhiyyə müəssisələri əsaslı təmir olunur, uşaq bağçaları tikilir, qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır və yeni infrastruktur layihələri həyata keçirilir.

  • Ağstafada “Əlvida bağça, salam məktəb!” ...

    Ağstafada “Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirilib

    2019-06-13

    Ağstafa şəhər körpələr evi-uşaq bağçalarında “Əlvida bağça” mövzusunda geniş tədbir keçirildi. Bir neçə aydan sonra orta məktəbə qədəm qoyacaq uşaqların ifasında nağıl qəhrəmanlarına həsr olunmuş səhnəciklər canlandırıldı, şer və mahnılar səsləndirildi.