Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında seminar-müşavirə keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Aşağı Göycəli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Göycəli kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının şöbə müdirləri, aidiyyəti təşkilatların məsul şəxsləri iştirak ediblər.
Treninqlərdə təlimçi Murad Babakişizadə ağstafalı gənclərə uğurlu layihə təklifləri hazırlamaq, layihə yazılışı prosesində nədən başlamaq lazım olduğunu, məqsəd və vəzifələrin istiqamətləri, hədəf qrupunun müəyyən edilməsi, fəaliyyət planı və büdcənin tərtib olunması kimi vacib bilgiləri gənclərə aşılayacaq.
Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.
Ağstafa şəhər Mədəniyyət evində keçirilən tədbirdə YAP Ağstafa rayon təşkilatının fəalları, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.